Hüquqi şəxslərin hesablarından direktor hesablarına vəsaitlərin köçürülməsi mümkündürmü?

Hüquqi şəxslərin hesablarından direktor, təsisçi və ya digər şəxsin (fiziki şəxslərin) hesablarına vəsaitlərin köçürülməsi mümkündürmü?

Azərbaycan Banklar Assosiasiyasına (ABA) Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən daxil olan cavab məktubunda bilidirilib ki, əgər bu dividend və ya əməkhaqqıdırsa mümkündür. Digər hallarda müqavilə və təyinat yoxdursa mümkün deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır