“Hyundai” və “Kia”-dan Hindistana investisiya

Cənubi Koreyanın nəhəng avtomobil istehsalçılarından olan “Hyundai Motor Co” və “Kia Motors Corp” birlikdə Hindistanın nəqliyyat şəbəkəsi şirkəti olan “Ola”-ya 300 milyon dollar məbləğində sərmayə qoyub.

“Hyundai” şirkəti Hindistanda fəaliyyət göstərən ən böyük avtomobil istehsalçılarından biridir. “Kia Motors”-un isə Hindistandakı ilk zavodunun bu il açılması güman edilir.

Qeyd edək ki, sözügedən şirkətlər bundan əvvəl Sinqapur mərkəzli “Grab” nəqliyyat şəbəkəsinə birgə investisiya ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır