I rübdə fərdi uçot sistemində hesab açdıranların sayı açıqlanıb

Cari ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 41227 nəfər şəxsə fərdi şəxsi hesab açılıb.

BBN.az xəbər verir ki, 2018-ci ilin 01 aprel tarixinə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 164 212 nəfər və ya 4,8% artaraq 3 607 972 nəfərə çatıb.

Qeyd edək ki, fərdi şəxsi hesablarda toplanan pensiya kapitalı barədə məlumat əldə etmək üçün Nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətindən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır