IBM-dən 34 milyard dollarlıq razılaşma

İnformasiya texnologiyaları sahəsində ixtisaslaşan dünya nəhəngi şirkət, Red Hat şirkətini 34 milyard dollar qarşılığında satın alıb.

Bulud texnologiyası ilə işləyən proqram təminatlarının hazırlanması ilə məşğul olan Red Hat şirkətinə səhmbaşına 190 dollar ödəniləcək. Qeyd edək ki, bu məbləğ Red Hat səhmlərinin son bağlanış qiymətindən (116.68 dollar) 60% çoxdur.

Bulud texnologiyasının tətbiqində rəqibləri Amazon,Microsoft və Google şirkətlərindən geriyə qalan IBM-in bu addımdan sonra sürətlə böyüyəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, hal-hazırda ”International Business Machines Corporation” dünyanın 177 ölkəsində fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır