İcbari sığorta müqavilələri üzrə sığorta haqları nağdsız ödəniləcək

İcbari Sığorta Bürosunun yaydığı məlumatda deyilir ki, icbari sığorta müqavilələri üzrə sığorta haqlarının nağdsız ödənişinə keçirilməsi nəzərdə tutulur.

Məlumatda deyilir ki, hazırda icbari sığorta haqları əksər hallarda sığortalıların vəsaiti əlbəəl sığorta vasitəçilərinə verməsi yolu ilə ödənilir. Bu həm sığortalılar üçün qarşı tərəfdən asılı olmaq kimi müəyyən narahatlıqlar yaradır, həm də bəzi hallarda sığorta vasitəçilərinin bundan sui-istifadə etməsinə yol açır. Sığorta haqlarının ödənişi zamanı sığortalıların müstəqilliyini və rahatlığını təmin etmək, eləcə də vasitəçiliklə bağlı mümkün suiistifadə hallarının qarşısını almaq məqsədilə bağlanılan icbari sığorta müqavilələri üzrə sığorta haqlarının nağdsız ödənişinə keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır