İçki ixracı 32% azalıb

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2016-cı ilin ilk 9 ayında 13 milyon 45,5 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac olunub. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 6,11 milyon ABŞ dolları və ya 31,8% daha az məhsul deməkdir. Belə ki, ötən il bu göstərici 19 milyon 160 min ABŞ dolları olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır