İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtı elan edilib

Azərbaycan Respublikasının Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə İctimai Şuranın yaradılması prosesinə başlanılıb. Energetika Nazirliyi yanında İctimai Şura üzvülüyünə namizədlərin irəli sürülməsi prosesinə 22 may 2017-ci il tarixindən başlanacaq. Namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 20 iş günü müddətində, yəni 20 iyunda yekunlaşacaq. Müvafiq sahədə fəaliyyət göstərən hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.

Qeyd edək ki, İctimai Şuraya seçkilərin təşkili məqsədilə Energetika Nazirliyi və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri daxil olmaqla 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır