“İdeyadan Biznesə” şüarı ilə Bakı və regionlarda startap turlarına başlanılır

Startap hərəkatının inkişafına, gənclərin biznes ideyalarının həyata keçirilməsinə, innovasiyaların, texnologiyaların təşviqinin genişləndirilməsinə və yeni innovativ ideyaların reallaşdırılmasına dəstək məqsədi ilə Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Startap Azərbaycan” və “Youth İnc.” Biznes İnkubasiya Mərkəzi ilə birgə Bakı və regionlarda startap turları keçiriləcək. Startap turları “İdeyadan Biznesə” şüarı ilə ilk olaraq Qərbi Kaspi Universitetində təşkil ediləcək.

Startap turu iki hissədən – konfrans/treninq və startap müsabiqəsindən ibarətdir. Tədbirin əvvəlcədən proqramı tərtib olunacaq və müxtəlif mövzuları əhatə edən panel çıxışlar təşkil olunacaq.

Partnyor qismində biznes trenerlər/mentorlar, QHT-lər, yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən yerli şirkətlər, akselerasiya proqramları, ali təhsil müəssisələri, bölgələrdəki dövlət qurumları çıxış edir.

Qalib gələn layihələr mentor xidmətləri və investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır