2017-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycanın idxal əməliyyatlarının həcmi 3 409.7 mln. dollar təşkil edib. Belə ki, ölkəyə idxal olunan məhsulların ümumi dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 15.72 % azalıb.
İdxal əmliyyatlarının həcmində dövlət sektorunun payı 406.4 mln. dollar və ya 38.5 % az, özəl sektorun payı isə 2800. 4 mln. dollar və ya 19.9 % az olub.
Qeyd edək ki, idxal əməliyyatlarının ümumi həcminin 202.9 mln. dolları fiziki şəxslərin payına düşür. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 16.2 % azdır.