İdxal əməliyyatlarının həcmi artıb

2017-cı ilin yanvar-dekabr ayları ərzində  Azərbaycanın idxal əməliyyatlarının həcmi 8782.0 mln. dollar təşkil edib. Belə ki, ölkəyə idxal olunan məhsulların ümumi dəyəri  ötən ilin müvafiq dövrünə nisbətən  2.9% artıb.

İdxal əməliyyatlarının həcmində dövlət sektorunun payı 1190.1 mln. dollar, özəl sektorun payı isə  7103. 5 mln. dollar təşkil edib.

Qeyd edək ki, idxal əməliyyatlarının ümumi həcminin 488.0 mln. dolları fiziki şəxslərin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır