İdxal əməliyyatlarının həcmi cüzi artıb

2017-cı ilin yanvar-oktyabr ayları ərzində  Azərbaycanın idxal əməliyyatlarının həcmi 6 958.4 mln. dollar təşkil edib. Belə ki, ölkəyə idxal olunan məhsulların ümumi dəyəri  ötən ilin müvafiq dövrünə nisbətən  0.01% artıb.

İdxal əməliyyatlarının həcmində dövlət sektorunun payı 894.0 mln. dollar, özəl sektorun payı isə 5 693.9 mln. dollar olub.

Qeyd edək ki, idxal əməliyyatlarının ümumi həcminin 370.5  mln. dolları fiziki şəxslərin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır