“İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi” qaydaları müzakirə edilib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin Analitik idarəsinin rəisi Zaur Hacılı ” Valyuta rejimi: idxal-ixrac əməliyyatları ilə bağlı müxbir bankların üzərinə düşən vəzifələr” mövzusu ilə II Bançılıq Forumunun 3-cü panelində çıxış edib.

O forumda qeyd edib ki, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” qaydalarının məqsədi ölkənin xarici iqtisadi əlaqələrinin daha da liberallaşdırılması və genişləndirilməsi, bu sahədə bazar iqtisadiyyatı tələblərinə cavab verən müasir meyarların müəyyən edilməsidir.

Bildirib ki, qaydaların yenilənməsinin məqsədi nəzarət mexanizminin təkmilləşdirilməsi və gömrük siyasətinin tətbiqi effektivliyinin artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır