İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı təsdiq edilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Siyahı ilə cədvəldən tanış ola bilərsiniz:

S/S Kod Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları
 1. 2601200000 Yandırılmış pirit
2. 2606000000 Alüminium filizləri və konsentratları
3. 2818200000 Alüminium oksidi, süni korunddan fərqli
4. 7203100000 Dəmir filizinin birbaşa reduksiya məhsulları
 5. 7203900000 Dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri
 6. 7204491000 Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış)
7. 7204499000 Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri
8. 8545110080 Sobalarda istifadə olunan elektrodlar – digərləri
 9. 8545190001 Elektroliz qurğuları üçün elektrodlar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır