Noyabrın 13-də İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “İqtisadi artımda innovasiyaların rolunun alternativ qiymətləndirilməsi” mövzusunda konfrans keçirilib.
Konfransda İqtisadiyyat Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutunun və Dövlət-Özəl Sektor Əməkdaşlıq Mərkəzinin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qonaqları salamlayıb, müasir dövrdə innovasiyaların iqtisadi inkişafda rolu və onun təsirinin qiymətləndirilməsinin sahə mütəxəssisləri arasında müzakirəsinın, yeni çağırışlar və meyillərin qiymətləndirilməsində alternativ ölçmə üsullarının tətbiqinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Qazaxıstanın “İqtisadi Tədqiqatlar İnstitutu” ASC-nin nümayəndəsi Sara Alpısbayeva Azərbaycan və Qazaxıstan elmi tədqiqat institutlarının səmərəli əməkdaşlıq etdiyini və əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.