İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Azərbaycanda səfərdə olan nümayəndə heyətini qəbul edib.
Qurumun Qlobal Münasibətlər katibliyinin Avrasiya bölməsi üzrə rəhbəri Villam Topmson və Avrasiya rəqabətlilik proqramı üzrə layihə rəhbəri Daniel Quadbek ilə müzakirələr zamanı, qonaqlara, Azərbaycanda aparılan iqtisadi islahatlar, qəbul olunan Strateji Yol Xəritələri, Rəqəmsal Ticarət Qovşağı eləcə də Azexport portalı və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə ətraflı məlumat verilib.
Müzakirələr zamanı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nümayəndələri Azərbaycanla əməkdaşlıqda xüsusi ilə maraqlı olduqlarını bildirib. Qurumun layihə rəhbəri Daniel Quadbek Starteji Yol Xəritəsi üzrə əməkdaşlıq imkanlarının olduğunu deyib. O bildirib ki, kiçik və orta sahibkarlıq səviyyəsində isteklak mallarının istehsalına dair Starteji Yol Xəritəsinin monitorinq və koordinasiyası ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq etmək niyyətindədir. Qurum bu mövzu çərçivəsində Azərbaycanda bir sıra seminarların və təlimlərin təşkilində təşəbbüslə çıxış edir.