İki Nazirlik birləşdirildi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Sərəncama əsasən, Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır