İki rezident şirkət arasında müqavilə xarici valyuta ilə bağlana bilərmi?
Vergilər Nazirliyi rəsmi saytında bu suala açıqlama verib.
Açıqlamaya görə Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
Qeyd edək ki, bu sualla bağlı qaydalar Mülki Məcəllənin 439.1-ci maddəsində göstərilib.