İki xarici şirkət Azərbaycan bazarını tərk edir. BBN.az “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, “Interex Service Group”LLP şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunur.
Elanda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç, ev 1 B mənzil 12 ünvanına bildirə bilərlər.
Həmçinin “Novocotek Transportation and Delivery Services LLP” şirkətinin də Azərbaycan nümayəndəliyi ləğv olunur.
Qeyd edək ki, sözügedən şirkətin kreditorları iki ay ərzində tələblərini Nəsimi rayonu, Cavad xan küçəsi , ev62, mənzil 28 ünvanına bildirə bilərlər.