2017-ci ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 96 şagird yerlik ümumtəhsil məktəb binası, Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası tikilib və istismara verilib.
Həmçinin, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası, Pirşağı-Novxanı və Binəqədi-Novxanı avtomobil yolu, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Balakən rayonunda Balakən Su Elektrik Stansiyası, Gədəbəy rayonunda limonad zavodu, 35/10 kilovoltluq “Gədəbəy” elektrik yarımstansiyası, Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzi, Qax rayonunda 110/35/10 kilovoltluq elektrik yarımstansiyası, Saatlı rayonunda 110/35/10 kilovoltluq “Sarıcalar” elektrik yarımstansiyası açılıb.
Eyni zamanda, Şəmkir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı, Zaqatala rayonunda “Bəhmətli” elektrik yarımstansiyası və başqa obyektlər istifadəyə verilib.