Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, operativlik və şəffaflığın təmin edilməsi məqsədi ilə bu il yanvarın 10-dan etibarən “ASAN viza” portalı tam fəaliyyət göstərir. Azərbaycanda 80-dən çox ölkə vətəndaşına viza verilib. Son 3 ay ərzində “ASAN” viza xətti vasitəsi ilə verilən vizaların sayı 40 min olub.
Qeyd edək ki, “ASAN viza” sistemi vasitəsilə elektron imzaların verilməsi yalnız siyahıs Xarici işlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkədə daimi yaşayan vətandaşlığı olmayan şəxslərə aiddir.