İlin ilk 9 ayında SOCAR-ın neft hasilatı 5 milyonu ötüb

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR 2016-cı ilin ilk 9 ayında 4 706,5 milyon kubmetr qaz, 5 milyon 675,9 min ton neft hasil edib.

Bu haqda SOCAR məlumat verir.

Məlumata əsasən, bu ilin yanvar-sentyabr aylarında hasil olunan qazın 481,8 milyon kubmetri yəni 10,2%-i neft hasilatının isə, 618,6 tonu yəni 10,8%-i sentyabr ayının payına düşüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır