Türkiy Mərkəzi Bankının əsas makroiqtisadi göstəricilərlə bağlı keçirdiyi “2017-ci il fevral ayı Gözlənti Anketi”ni dərc edib.
Anketə əsasən, iqtisadi subyektlər ilin sonunda Dollar/TL nisbətinin 3.8807, 12 ay sonra isə 3.9600 olacağını gözləyirlər. Bununla yanaşı, illik inflyasiya təqribən 9% olacağı proqnozlaşdırılır.
2017-ci il üçün Türkiyə iqtisadiyyatının genişlənməsi ilə bağlı olan gözləntilər mənfi istiqamətdə dəyişib. Belə ki, əvvəlki anketdə bu il üçün iqtisadi artımın 3.5% olacağı gözlənsə də, hazırda bu göstərici 2.9% olaraq proqnozlaşdırılıb.