İlk 6 ay ərzində 618 773 sığorta müqaviləsi bağlanılıb

Cari ilin ilk 6 ayı ərzində icbari sığorta növləri üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə 618 773 müqavilə bağlanıb.

Bu, ötən ilin eyni dövrü üzrə göstəricidən 8,18% çoxdur. Hesabat dövrü ərzində bu icbari növlər üzrə sığorta şirkətlərinə daxil olmuş sığorta haqlarının məbləği 56 748 113 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü üzrə göstəricidən 2.28% azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır