İlk Bank Forumu öz işinə başlayıb

24 noyabr tarixində Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı İlk Bankçılıq Forumu öz işinə başlayıb.

İki gün davam edəcək Forumda ilk müzakirə olunacaq mövzu “Post-neft dövrünün çağırışları: yeni iqtisadi strategiya” olacaqdır.  Bu panel çərçivəsində bank-maliyyə sektoruda və ümumilikdə iqtisadiyyatda baş verməsi gözlənilən islahatlar, banklara tətbiq edilən yeni qaydalar, nağdsız hesablaşmalardakı yeni çağırışlar və öklənin ən əsas maliyyə qurumlarından biri olan Neft Fondunun gələcək dövr üçün gəlir və xərc siyasəti ilə bağlı çıxışlar olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır