İlk dəfə “Media Sahibkarlığı və PR ” mövzusunda Rabitəbank tərəfindən təlim təşkil olunub

“Rabitəbank” tərəfindən media nümayəndələri üçün “Media sahibkarlığı və PR” istiqamətində intensiv təlim sessiyası təşkil olunub.

İntensiv təlim sessiyasında təlimçi qismində isə Almaniya, Böyük Britaniya və Amerikada media və kommunikasiya sahəsində təhsil və təcrübə proqramlarının iştirakçısı, yerli mütəxəssis Ellada Mustafayeva çıxış edib.

Təlim əsasən, biznes jurnalistikası üçün lazım olan bacarıqlar, mövzuları araşdırmaq üçün haştaq strategiyası, yeni mediada vizual məzmun yaratmaq üçün alətlər, online mediada marketinq və PR, media sahibkarlığı, sosial media kampaniyaları, branding, viral və hədəf auditoriyasına yönəlik marketinq mövzularını geniş əhatə edib.

Təlimin sonunda peşəkar jurnalistlərlə yanaşı, gənc media nümayəndələrilə interaktiv formada, xüsusi workshoplar (təlim tapşırıqları) təşkil olunub.

Məlumat üçün qeyd edək ki, “Rabitəbank” tərəfindən bu istiqamətdə təlim sessiyasının təşkil olunmasında məqsəd, media nümayəndələrini professional bacarıqlarınına inkişaf etdirilməsinə dəstək göstərmək, rəqəmsal aləmdə başverən yeniliklər və tətbiqlər barədə informasiya mübadiləsini həyata keçirmək və gələcək əməkdaşlıqları gücləndirməkdir.

Bundan əlavə, “Rabitəbank” gələcəkdə də  rəqəmsal jurnalistika istiqamətində təlim sessiyalarının təşkilini davam etdirmək, yerli media ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır