İlk elektron hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 4 iyul 2017-ci il tarixində ilk electron hərrac keçirilib. Hərracda vətəndaşlar onlayn qaydada iştirak edib.

Hərraca çıxarılan 2007-ci il buraxılış QAZ 3102 markalı avtomobil nəqliyyat vasitəsinin özəlləşdirilməsi üçün əvvəlcədən online olaraq bir neçə istifadəçi qeydiyyatdan keçib. “Elektron hərrac” xidməti vasitəsilə qeydiyyatdan keçən istifadəçilər hərrac keçirilən vaxt olduqları məkandan heç bir yerə ayrılmadan, sadəcə e-emdk.gov.az saytında müvafiq bölməyə daxil olmaqla hərracda iştirak edib. Hərracda start qiyməti 2000 manat olaraq təklif edilən QAZ 3102 nəqliyyat vasitəsi rəqabətli keçən elektron hərrac nəticəsində 4200 manata özəlləşdirilib.

Qeyd edək ki, komitə tərəfindən istifadəyə verilən “Elektron hərrac” xidməti hal hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərrac vasitəsilə özəlləşdirilməsi prosedurunu özündə birləşdirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır