Bu ilin ilk ixrac missiyası Rusiyanın Həştərxan vilayətinə gedir

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci ilin ilk ixrac missiyası mayın 30-dan Rusiyanın Həştərxan vilayətinə təşkil olunur.

Missiya çərçivəsində Azərbaycan və Rusiya şirkətləri arasında ikitərəfli görüşlərin təşkili, iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinə dair müzakirələrin aparılması və Azərbaycan istehsalı olan məhsullara dair təqdimatların keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Həştərxana təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda kənd təsərrüfatı, emal, yüngül sənaye, tikinti və digər sahələrdə fəaliyyət göstərən 30 yerli şirkətin nümayəndəsi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır