İlk ixrac missiyasının Çinə səfəri başa çatıb

Şərab istehsalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələrindən ibarət Azərbaycanın ilk ixrac missiyasının Çinə səfəri başa çatıb.
9-15 noyabr tarixlərini əhatə edən səfər çərçivəsində Azərbaycan şirkətləri Honq Konqda Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində və Quancou şəhərində “Interwine” Beynəlxalq Şərabçılıq Sərgisində iştirak edib. Azərbaycan şərabları hər iki sərgidə iştirakçılar və media nümayəndələri tərəfindən maraqla qarşılanıb, Azərbaycanın “ASPI Winery” şirkətinin istehsalı olan “Savalan” şərabı isə qızıl medala layiq görülüb.
İxrac missiyası çərçivəsində 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair Müqavilə imzalanıb. Bundan başqa, Azərbaycan şərablarının dequstasiyası keçirilib, “ASPİ Winery” şirkəti tərəfindən şərablarımızın istehsal texnologiyasına dair master-klasslar təşkil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır