İqtisadi aktivlikdə 2017-ci ildə başlamış canlanma 2018-ci ilin I rübündə daha da güclənib.
BBN.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2018-ci ilin I rübündə iqtisadi artım 2.3% olub, o cümlədən qeyri-neft sektorunda 3%-lik iqtisadi artım baş verib.
Məcmu buraxılış kəsiri üzrə qiymətləndirmələr göstərir ki, bütövlükdə iqtisadi aktivlik tələb inflyasiyası yaratmayıb.
Qeyd edək ki, Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayının 14-də müzakirə ediləcək.