ARDNF-nun 2017-ci il üzrə illik hesabatı dərc edilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il üzrə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatı dərc edilib.
BBN.az Fonda istinadən xəbər verir ki, ARDNF-nin 2017-ci il üzrə hesabatının dizaynı Azərbaycan musiqisinə həsr olunub.
Hesabatda milli muğam, klassik musiqi və caz ənənələri barədə maraqlı məlumatlar yer alıb, bir sıra görkəmli Azərbaycan xanəndələri, klassik musiqi bəstəkarları və caz ustadlarının yaradıcılıqları işıqlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır