İmişli rayonunda keçiriləcək vətəndaş qəbulunun tarixi dəyişdirilib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun İmişli rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 13 dekabr 2016-cı il tarixinə keçirilib. Qəbulda İmişli, Ağcabədi, Füzuli və Beyləqan  rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı:  (012) 490 24 08 (daxili 105 və 200)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi: (02122) 5-33-41

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır