İndiyədək bu iqtisadi rayona 369 milyon manatdan çox güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, martın 3-də Yevlaxda İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, “ASAN xidmət”in, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, biznes inkubator iştirakçıları, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən təşəbbüskar gənclərin iştirakı ilə “Biznes inkubatorların gənc sahibkarlığın inkişafında rolu” mövzusunda tədbir keçirilib.

Qeyd edilib ki, ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

İndiyədək 5300-dən çox gənc sahibkara 369,1 milyon manat güzәştli kreditlәr verilib ki, bu da 16 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bundan başqa, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif maarifləndirmə tədbirləri keçirilir, Almaniya-Azərbaycan ikitərəfli Proqramı çərçivəsində sahibkarlar və gənc menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir. 2009-2016-cı illərdə 300-ə yaxın sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır