İndoneziya “Google” şirkətindən son 5 il ərzində ödəmədiyi vergiləri tələb etməyi planlaşdırır. Bu məbləğ yalnız 2015-ci il üçün 400 milyon dollardan artıq olub. İndoneziyanın Maliyyə Nazirliyindən bildirilib ki, artıq “Google” şirkəti ilə 2016-cı ilin borclarının ödənilməsinə dair razılaşma əldə olunub. Dəqiq rəqəmlər isə açıqlanmayıb.
Qeyd edək ki, keçən il “Google” şirkəti Britaniya hökuməti ilə yaranmış vergi mübahisələrinin yoluna qoyulması üçün 130 milyon funt sterlinq məbləğində vergi sazişi imzalayıb.