İnflyasiya 12%-i ötüb

2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12.5 faiz bahalaşıb.

Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, illik müqayisədə ərzaq məhsullarının qiymətləri 15.6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12.5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8.4 faiz bahalaşıb.

Cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0.9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1.0 faiz bahalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır