İnflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, cari ilin I yarısında orta illik inflyasiya 13.9% edib. Orta illik əsasda ərzaq qiymətləri 18.1%, qeyri-ərzaq qiymətləri 12.4%, xidmətlər isə 9.4% dəyişib.

Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq hələ ki, inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb.

2017-ci ilin qalan dövründə baza inflyasiyanın azalma tendensiyasına malik olacağı gözlənilir. Ümumi inflyasiya səviyyəsinin isə manatın məzənnəsi, inersiya, məcmu daxili tələb, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, qlobal əmtəə bazarlarında meyillər və s. amillərdən asılı olaraq balanslaşacağı gözlənilir.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 18 sentyabr 2017-ci il tarixdə müzakirə ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır