“İnformasiyanın iqtisadi gözləntilərə təsiri” adlı seminar keçiriləcək

Tələbələr arası “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” mövzusunda keçiriləcək məqalə müsabiqəsi çərçivəsində “İnformasiyanın iqtisadi gözləntilərə təsiri” adlı seminar təşkil edilib. 28 oktyabr tarixində baş tutacaq seminarda Azərbaycan Mərkəzi Bankının Mətbuat katibi  Namiq Əliyev çıxış edəcək.

Seminarın keçiriləcəyi yer: “IB Club” (Caspian Business Center – V mərtəbə, C. Cabbarlı)

Tarix və saat: 28 oktyabr 2017-ci il, saat 12:00

Qeydiyyat: http://goo.gl/uhSY5W

Xatırladaq ki, Azərbaycan Banklar Assosiasiyasının rəsmi mətbu orqanı olan “Banklar və Biznes” Qəzeti (BBN.az) Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşkilati dəstəyi ilə Həsən bəy Zərdabinin anım gününə hərs edilmiş tələbələr arası “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” mövzusunda məqalə müsabiqəsi elan edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır