İnformasiya və rabitə xidmətlərinin dəyəri 2.3 faiz azalıb

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 127,8 milyon manatlıq xidmətlərin 71,3 faizi əhali sektoruna aid olub. 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2017-ci ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin dəyəri 2,3 faiz azalıb, bu sahədə əldə edilmiş gəlirin 79,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır