İnformasiya və rabitə xidmətlərinin dəyəri 4,4 faiz artıb

İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1448,0 milyon manatlıq xidmətlərin 72,5 faizi əhali sektoruna aid olub.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 4,4 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır