2017-ci ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1411,4 milyon manatlıq xidmət göstərib.
Dövlət Statistika Komitəsi bu barədə məlumat yayıb. Göstərilən xidmətin 72,7 %-i əhali tərəfindən istehlak olunub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,7 % artıb, bu sahədə əldə edilmiş gəlirin 81,2 %-i qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 50,1 %-i və ya 707,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.