İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilən 421,9 mln. manatlıq xidmətlərin 71.6 %-i əhali sektoruna aid olub.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 13.2 % artıb.
Qeyd edək ki, bu sahədə əldə edilmiş gəlirin 80.7 %-i qeyri-dövlət sektorunun payına düşüb.