İnformasiya və rabitə xidmətlərinin həcmi artıb

2017-ci ilin yanvar-noyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən  1552.9 milyon manatlıq xidmət göstərilib.

Statistika Komitəsinin məlumatına əsasən, informasiya və rabitə xidmətlərinin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 5.9% artıb.

Qeyd edək ki, Bu sahədə əldə edilmiş gəlirin 81.1%i qeyri-dövlət sektorunun payına düşüb. Həmçinin xidmətlərin 72.6 faizi əhali sektoruna aid olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır