İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 865,9 milyon manatlıq xidmətlərin 72,2 faizi əhali sektoruna aid olub.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 4,9 faiz artıb.
Qeyd edək ki, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.