Beynəlxalq reytinq agentliyi Moody`s İngiltərənin Avropa Birliyindən ayrılma prosesi (Brexit) ilə əlaqədar siyasi və maliyyə risklərinin artdığını açıqlayıb.
Açıqlamada deyilir ki, İngiltərənin kredit bazarı Brexit mənbəli qeyri-müəyyən təzyiq altındadır. Buna görə də, siyasi və maliyyə riskləri artır. Həmçinin qeyd edilib ki, Moody`s tərəfindən “neqativ” qiymətləndirilən İngiltərə iqtisadiyyatı ilə bağlı mənfi fikirlər artıb.
Qeyd edək ki, Moody`s deyib ki, Böyük Britaniya iqtisadiyyatı getdikcə zəifləyir və bu ilin sonuna iqtisadi artım 1,5 %, gələn ilin sonuna isə 1% səviyyəsində olacaq.