İngiltərə Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin 0,25%-lik səviyyədə saxlanılması yekdilliklə qərara alınıb.
Bank növbəti ildə inflyasiya göstəricisinin 2%-lik proqnozun önünə keçəcəyini düşünsə də, volatilliyin az olacağını hesab edir. Faiz dərəcəsindəki növbəti dəyişikliyin hər iki yöndə ola biləcəyi bildirilib.
Qeyd edək ki, ən sonuncu faiz dəyişikliyi avqust ayında faizlərin azaldılması yönündə idi.