İngiltərə Mərkəzi Bankının işçiləri tətil elan ediblər

İngiltərə Mərkəzi Bankının bəzi işçiləri maaş artımı məsələsində yaşanan münaqişə səbəbindən etiraz ediblər. Etiraz onların tətil etməsilə nəticələnib.

Əksər departamentlərdə tətil qərarına dəstək 95%-ə çatıb.

Məlumata görə, şəxsi heyət 31 iyulda iş buraxma aksiya keçirəcək. Mərkəzi Bankın problemin həlli üçün addımlar atmaması şəraitində iş buraxma aksiyaları 1, 2 və 3 avqust tarixlərində də davam edəcək.

İngiltərə Mərkəzi Bankı isə verdiyi açıqlamada tətil qərarı alan işçilərin ümumi işçilərin 3%-ni təşkil etdiyini bildirərək qeyd edib ki, iş buraxma aksiyaları əməliyyatlara təsir göstərməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır