Birləşmiş Krallıqda inşaat sənayesi 4 ilin ən aşağı səviyyəsinə enib

İngiltərədə inşaat sənayesində istehsal 2016-cı ilin 3-cü rübündə son 4 ilin ən zəif səviyyəsinə enib. Bloomberg-in məlumatına əsasən, istehsal 1,1% geriləyib.

Məlumatda qeyd olunub ki, göstərici İngiltərənin Avropa Birliyindən ayrılmasından sonrakı dövrə aid olduğu üçün böyük önəm daşıyır.

İngiltərənin önəmli inşaat malları istehsalçısı olan SIG belə açıqlama verib: “Bəzi inşaat layihələri təxirə salınıb. Aİ referendumu dövründəki yavaşlamadan sonra İngiltərədə ticarət şərtləri biraz rahatladı, lakin rəqabət artdı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır