İngiltərədə işsizlik səviyyəsi artıb

İngiltərədə iyulda 4,3% -ə düşən və avqust, sentyabr, oktyabr və noyabr aylarında 4,3% səviyyəsində olan işsizlik səviyyəsi ötən ilin dekabr ayında 4.4% -ə yüksəlib.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dekabr ayında orta gəlir indeksi 2.5% səviyyəsində olub. Böyük Britaniyadakı işsizlik səviyyəsi dekabr ayında 0,1% artıb.
Qeyd edək ki, sterlinq dollar qarşısında 1.3930 səviyyəsinə geriləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır