İngiltərədə pərakəndə satışlar artıb

İngiltərədə yanvar ayında pərakəndə satış ötən ilin dekabr ayı ilə müqayisədə 0.1% artıb.

BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ilin dekabr ayında pərakəntə satışda 1.4% azalma müşahidə olunub. Yanvar ayında satışların əvvəlki ayla müqayisədə 0.6% artması gözlənilirdi.

İllik müqayisədə isə pərakəndə satışların 2.5% artacağı gözlənilsə də, artım 1.6% təşkil edib.

Qeyd edək ki, müşahidə edilən artıma benzin satışı daxil deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır