2017-ci ilin yanvar-iyun aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 97,8 min nəfər təşkil edib, onların 48,6 min nəfəri binaların tikintisində, 24,6 min nəfəri mülki təyinatlı inşaat işlərində, 24,5 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. İşçilərin 28,2 %-i dövlət, 71,8 %-i isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.
Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 % artaraq 807,8 manata çatıb. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 927,6 manat, dövlət sektorunda isə 521,3 manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə binaların tikintisində işləyənlərin orta aylıq nominal əmək haqqı 7,5 %, mülki təyinatlı inşaat işlərində çalışanların isə 8,8 % artıb.