İnşaat sektorunda çalışanların orta aylıq əmək haqqı 2% artıb

2017-ci ilin yanvar-iyun aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 % artaraq 97,8 min nəfər olub. Dövlət Statistika Komitəsinin açıqladığı hesabata əsasən, orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 % artaraq  807,8 manat təşkil edib.

İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əmək haqqı 10,9 % azalıb, binaların tikintisində işləyənlərin əmək haqqı 7,5 %, mülki təyinatlı inşaat işlərində işləyənlərin əmək haqqı isə 8,8 % artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır